Bu il əcnəbilərə iş icazəsi üçün ayrılan kvota açıqlanıb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

© APA | Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

# 28 iyul 2021 14:40 (UTC +04:00)

Bu il ölkədə əcnəbilərə iş icazəsi üçün ayrılan kvota sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən onlayn mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, bu il əcnəbilərin iş icazəsi üçün ayrılan təsdiq edilmiş kvota 6740-dır: “Hazırda 3368 kvota işçi qüvvəsi üçün yer imkanları mövcuddur. Yəni şirkətlər iyuldan dekabra qədər bu qədər əcnəbi qüvvəsini ölkəyə gətirə bilər ”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR