Bu il ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 390 minədək e-arayış verilib

Bu il ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 390 minədək e-arayış verilib
# 05 avqust 2021 12:44 (UTC +04:00)

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.

Beləliklə də sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları artıq hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR