Bu il məcburi dövlət sosial sığorta haqları üzrə müavinətlərin miqdarı açıqlanıb

Bu il məcburi dövlət sosial sığorta haqları üzrə müavinətlərin miqdarı açıqlanıb
# 31 avqust 2021 09:55 (UTC +04:00)

2021-ci ilin ilk 7 ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 71,4 mln. manat vəsait ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan APA-ya bildirilib ki, bununla da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 mln. manat və ya 24,2% daha çox vəsait xərclənib. Bura hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, uç yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar və dəfn üçün nəzərdə tutulan müavinətlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR