Bu il Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işlərinin sayı açıqlanıb

Bu il Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işlərinin sayı açıqlanıb

© APA | Məhkəmə Ekspertizası Mərkəzində müşavirə

# 05 avqust 2021 12:37 (UTC +04:00)

Bu il Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işlərinin sayı 16%-dən çox artaraq 21 mini ötüb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov bildirib. Onun sözlərinə görə, onlardan 17.500-dən çoxunun icraatı tamamlanıb. Ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi üzrə aparılan davamlı işlərin nəticəsi olaraq mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcmi 30% artıb.

R.Rəhimov deyib ki, həmin dövrdə ekspertlər tərəfindən 371 mindən çox tədqiqat obyekti araşdırılaraq 90 faizə yaxın - 39 mindən çox sual cavablandırılıb. Cari ildə tikinti-texniki, müharibə cinayətləri ilə bağlı olan ballistik, əmtəəşünaslıq, mühasibatlıq, narkotik vasitələrin, audio və video yazıların ekspertizaları üzrə işlərin sayında artım qeydə alınıb.
Ədalət mühakiməsinin həyata keçirilməsində operativliyin, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə ekspertizaların 72%-i qanunvericiliklə müəyyən olunmuş müddətdən tez başa çatdırılıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR