Bu il narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətə cəlb olunan əcnəbilərin sayı açıqlanıb

Bu il narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətə cəlb olunan əcnəbilərin sayı açıqlanıb
# 15 oktyabr 2021 11:55 (UTC +04:00)

Bu ilin 9 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4419 nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, onlardan 16-18 yaşadək 6 nəfər, 18-25 yaşadək 305 nəfər, 26-29 yaşadək 768 nəfər, 30 yaş və ondan yuxarı isə 3340 nəfər təşkil edir. Həmin şəxslərdən 4321-i kişi, 98-i qadın olub.

Ümumilikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin 3231 nəfəri işləməyənlər, 1627 nəfəri əvvəllər cinayət törədib, 21 nəfəri əvvəllər xüsusi qeydiyyatda olanlardır.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 45 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 19-u İran İslam Respublikası, 9-u Gürcüstan, 8-i Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 311 kq-a yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR