Bu il peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edənlərin sayı artıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov

© APA | Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov

# 17 sentyabr 2021 13:02 (UTC +04:00)

“Növbəti illərdə peşə təmayüllü siniflərin ölkə üzrə əhatəliliyinin artmasını istəyirik, bunun üçün işlər qurulur. Bu il ilk peşə təmayüllü siniflərin buraxılışı olub”.

APA-nın məlumatına görə, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib.

Onun sözlərinə görə, buraxılış imtahanlarında iştirak edənlərin 87,5 kafi, 12,5 faizi isə qeyri-kafi qiymət alıb. Direktor müavini deyib ki, 2021-2022-ci tədris ilində 840 tələbənin yüksək texniki peşə səviyyəsi üzrə qəbul edilməsi planlaşdırılırdı:

“Qeyd edim ki, artıq yüksək texniki peşə səviyyəsi üzrə bütün yerlər dolub. Qəbulun 55 faizi Bakı, 45 faizi regionlarda yerləşən peşə təhsili müəssisələrinin payına düşür”.

C.Kərəmov, eyni zamanda deyib ki, hər il peşə təhsili müəssisələrinə qəbul olanların sayı artır:

“Builki tədris ilində peşə təhsili müəssisələrinə ayrılan plan yerlərinin sayı 16 faiz artıb. Ən çox tələb texniki peşələr üzrə olub (79 faiz). Eyni zamanda, bu il peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edənlərin sayı da 13 faiz artıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR