Bu il saxta əlilliyə dair 266 nəfərlə bağlı Baş Prokurorluğa məktub göndərilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov

© APA | Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov

# 16 sentyabr 2021 11:44 (UTC +04:00)

"Saxta əlilliklə mübarizə davamlı prosesdir".

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib. O bildirib ki, şübhəli hallarda əyani qəbullar keçirilir və bu zaman səhv ehtimalı minimum olur: "Bu zaman “Forma 88”də məlumatların uyğunsuz olması, təhrif edilməsi aydın görünür. Həmin məlumatlar həm hüquq- mühafizə orqanlarına, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilir".

O bildirib ki, bu il saxta əlilliyə dair 266 nəfərlə bağlı Baş Prokurorluğa məktub göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR