Bu il sərxoşluq hallarının müəyyənləşdirilməsi ilə bağlı 14329 nəfər yoxlanılıb

Bu il sərxoşluq hallarının müəyyənləşdirilməsi ilə bağlı 14329 nəfər yoxlanılıb
# 16 may 2021 17:00 (UTC +04:00)

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 14329 nəfər istiqamətləndirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1043 nəfərindən 529-nun istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Hesabat dövründə 1234 nəfər stasionar müalicədə olub. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 773 xəstə müalicə alır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR