Bu il sosial ödənişlər 2,4 milyon nəfəri əhatə edib

Bu il sosial ödənişlər 2,4 milyon nəfəri əhatə edib
# 11 noyabr 2021 11:15 (UTC +04:00)

2021-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 mlrd. 949 mln. manat vəsait ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,5% və ya 166,5 mln. manat çoxdur.

Pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər 2,4 milyon nəfəri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR