Bu il uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Bu il uşaqlara ən çox qoyulan adlar açıqlanıb
# 08 dekabr 2021 16:44 (UTC +04:00)

"Bəzən valideynlər şikayət edir ki, onların övladlarına qoymaq istədikləri adlara icazə verilmir. Ancaq həmin adların izahı veriləndən sonra onlar da bu adları qoymaqdan imtina edir".

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda bir övladının adı Yağmur olan valideyn, digər övladına Leysan adı qoymaq istəyirdi: "Ona adın həmin şəxsə gələcəkdə necə təsir edə biləcəyini izah etdikdən sonra vətəndaş razılaşdı. Valideynlər Ədliyyə Nazirliyinin saytına daxil olaraq oğlan və qız adlarını seçə bilərlər".

Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova isə bu il ərzində uşaqlara ən çox verilən adları açıqlayıb: "Bu il ən oğlan uşaqlarına ən çox Əli, Uğur, Yusif və Məhəmməd adları, qız uşaqlarına isə Zəhra, Aylin, Məryəm və Fatimə adları verilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR