Bu ilin 6 ayında Azərbaycanda seysmik aktiv olan ərazilər açıqlanıb

Bu ilin 6 ayında Azərbaycanda seysmik aktiv olan ərazilər açıqlanıb
# 17 iyul 2021 13:45 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı 36 olub.

APA-nın məlumatına görə, bu, Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb. Hesabatda vurğulanıb ki, qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun 4-də Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vukanda püskürmənin hündürlüyü 500 metrə çatıb.

2021-ci ilin I yarısında Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən zonasında seysmiklik zəif olub. Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olub. Ağstafa və Şahbuz ərazilərində də seysmikliyin yüksək olması müşahidə olunub. Kiçik Qafqazda, Xəzər dənizində, İran və Türkiyə sərhədində isə seysmiklik zəif olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR