Bu ilin ilk yarısında e-qaydada pensiya təyinatının sayı açıqlanıb

Bu ilin ilk yarısında e-qaydada pensiya təyinatının sayı açıqlanıb

© APA | 71 mindən çox e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb

# 23 iyul 2021 13:10 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub.

Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Bu ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR