Büdcədən gələn il məhkəmə və hüquq-mühafizə orqanlarına ayrılacaq vəsait açıqlanıb

Büdcədən gələn il məhkəmə və hüquq-mühafizə orqanlarına  ayrılacaq vəsait açıqlanıb
# 27 oktyabr 2021 10:48 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına 2 362 101 755,0 manat vəsait ayrılacaq.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Bu məbləğin 367 296 211,0 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 390 706,0 manatı məhkəmə hakimiyyətinə, 1 767 323 977,0 manatı hüquq mühafizəyə, 102 704 436,0 manatı prokurorluğa, 10 000 000,0 manatı məhkəmə qərarlarının icrasına, 4 386 425,0 manatı hüquqi yardıma ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR