Burkina-Fasoda 9-u təhlükəsizlik əməkdaşı olmaqla 19 nəfər öldürülüb

Burkina-Fasoda 9-u təhlükəsizlik əməkdaşı olmaqla 19 nəfər öldürülüb
# 23 noyabr 2021 05:16 (UTC +04:00)

Burkina-Fasonun Sanmatenqa əyalətində naməlum silahlı şəxslər 19 nəfəri öldürüb.

APA “Sinxua”ya istinadən xəbər verir ki, Ölənlərdən 9-u təhlükəsizlik qüvvələrinin əməkdaşları, 10-u isə mülki vətəndaşlardır.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Burkina-Faso son üç ildə Qərbi Afrikadakı islamçı terror qrupların mərkəzinə çevrilib. Ölkədə İŞİD-in qolları olan “Böyük Səhrada İslam Dövləti” və “Ənsarül-İslam” qruplaşması fəaliyyət göstərir. Bu müddət ərzində terrorçular 1000-dən çox dinc sakini qətlə yetirib, zorakılıqlar nəticəsində 1,5 milyondan çox insan evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR