Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar ayıracaq

Ceff Bezos

© APA | Ceff Bezos

# 02 noyabr 2021 18:28 (UTC +04:00)

Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar vəsait ayıracaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, “Amazon” şirkətinin təsisçisi Ceff Bezos Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) çıxış edib.

O bildirib ki, təbiəti qorumaq və qida sistemlərini dəyişdirmək üçün sahibi olduğu fonddan 2 milyard dollar vəsait ayrılacaq.

"Biz hələ də əlimizdə olanları qorumalı, itirdiklərimizi bərpa etməli və gələcək nəsillərin də yaşaması üçün planetimizi alçaltmadan yaşamalıyıq", - deyə dünyanın ən varlı insanlarından biri olan C.Bezos qeyd edib.

O, kosmosa uçuşunu xatırladaraq bildirib ki, Yerə yuxarıdan baxanda atmosfer çox nazik, dünya məhdud və kövrək görünür. C.Bezos deyib ki, iqlim dəyişikliyi təbiətə sərmayə qoymaq üçün bizə güclü səbəb verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR