Coğrafiya İnstitutu ölkədə yeni ali məktəblərin yaradılmasını zəruri hesab edir

Coğrafiya İnstitutu ölkədə yeni ali məktəblərin yaradılmasını zəruri hesab edir
# 03 dekabr 2021 17:06 (UTC +04:00)

“Respublikada təhsil almaq istəyənlərin sayı heç də qənaətbəxş sayıla bilməz”.

APA-nın məlumatına görə, bunu AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov “Regionlarda ali təhsil: realliqlar və perspektivlər” adlı beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, əhalinin hər 10 000 nəfərinə görə onların sayı Qırğızıstanda 325, Qazaxıstanda 307, Belarusda 282, Rusiyada 277 olduğu halda, Azərbaycanda cəmi 199 nəfərdir: “Ölkədə hələ 8-10 yeni ali təhsil ocağının yaradılması zəruridir. Son vaxtlarda özəl ali təhsil müəssisəsələrinin kadr potensialı bir neçə dəfə azalıb”.

O, Dağlıq Şirvan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi rayonlarında da belə ali təhsil müəssisələrinin yaradılmasını vacib hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR