COVID-19-la mübarizəyə cəlb edilmiş kubalı tibbi heyətin yolasalma mərasimi keçirilib - FOTO

COVID-19-la mübarizəyə cəlb edilmiş kubalı tibbi heyətin yolasalma mərasimi keçirilib - FOTO
# 06 iyul 2021 22:34 (UTC +04:00)

Ölkəmizdə pandemiya ilə mübarizəyə cəlb edilmiş və fəaliyyətlərini yekunlaşdıran kubalı tibbi heyətin yolasalma mərasimi keçirilib.

APA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir ki, ilk olaraq nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuando, Azərbaycanda fəaliyyət göstərən Kuba tibb heyətinin rəhbəri doktor Dalsi Torres Avila və Kuba Respublikasından dəvət olumuş tibb heyəti qəbul edib.

Görüş zamanı İdarə Heyətinin sədri tibbi heyətin yüksək peşəkarlıqla fəaliyyət göstərdiyini vurğulayıb. R.Bayramlı göstərilən xidmət və əməkdaşlığa görə həkim kollektivinə və Kuba Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib. Çıxış edən Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuando və Tibb heyətinin rəhbəri Dr. Dalsi Torres Avila onlara göstərilən yüksək diqqət, yaradılan şəraitə görə Azərbaycan hökümətinə minnətdarlığını ifadə edib.

Sonda tibb heyətinə COVID-19 pandemiyası ilə mübarizədə göstərdikləri xidmətə görə təşəkkürnamələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR