COVID-19 pasportu olmayan sürücülər, o cümlədən taksi sürücüləri oktyabrın 1-dən reysə buraxılmayacaq - VİDEO

COVID-19 pasportu olmayan sürücülər, o cümlədən taksi sürücüləri oktyabrın 1-dən reysə buraxılmayacaq - VİDEO
# 21 sentyabr 2021 13:22 (UTC +04:00)

“Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir”.

APA-nın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N. Allahyarova bildirib ki, bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

“Oktyabrın 1-dən etibarən immun sertifikatı və COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək”, - deyə N. Allahyarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR