COVID-19 pasportunun yoxlanılması üçün hazırlanan mobil tətbiqetmə DİN-ə inteqrasiya olunub

COVID-19 pasportunun yoxlanılması üçün hazırlanan mobil tətbiqetmə DİN-ə inteqrasiya olunub

© APA | Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov

# 27 iyul 2021 16:12 (UTC +04:00)

"COVID-19 pasportunun yoxlanılması üçün hazırlanan mobil tətbiqetmə Daxili İşlər Nazirliyinə inteqrasiya olunub. Vətəndaşın şəxsiyyət vəsiqəsinə dair məlumatlar oradan əldə olunur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birbaşa vaksin və ya immunitet sertifikatının olub-olmaması məlumatları yoxlanılır:

"Dövlət Vergi Xidmətindən hansı sahibkar sırf bu diapazona daxildirsə, həmin mobil tətbiqetmədən istifadə etməlidirsə, onların kateqoriyasını formalaşdırırıq. Bu siyahı çərçivəsində yalnız həmin şəxslər sistemə daxil olub tətbiqetmədən istifadə edə biləcəklər. Aiddiyəti qurumlar tərəfindən yoxlamalar həyata keçirilə biləcək. Qeyri-rəsmi fəaliyyət göstərən qurumlar sistemdən istifadə edə bilməyəcək".

F.Cəfərov vaksinlə bağlı əks göstəriş sertifikatının verilməsindən sonra bunun da sistemə daxil olub-olmayacağına aydınlıq gətirib:

"Biz bütün informasiya sistemləri ilə inteqrasiyanı tətbiq edirik ki, vətəndaşlar üçün asan olsun. Yanaşmamız odur ki, vətəndaş heç bir halda kağız daşıyıcı gətirməsin, heç bir qurumdan hər hansı sənəd almasın. Əgər əks göstəriş sertifikatı ilə bağlı məlumatlar mövcuddursa, sistemə inteqrasiya edib vətəndaş haqqında məlumatı çıxaracağıq. Yəni qərar nə olursa, biz onun texniki imkanlarını yaradırıq ki, həm vətəndaşlar, həm də sahibkarlar bunu tənzimləyə bilsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR