Dağ-mədən sənayesi obyektlərində təhlükəsizlik qaydaları ilə tanışlıq üçün media-tur təşkil olunub - FOTO - VİDEO - YENİLƏNİB

Dağ-mədən sənayesi obyektlərində təhlükəsizlik qaydaları ilə tanışlıq üçün media-tur təşkil olunub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 11 iyun 2021 12:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən sənaye obyektlərində yeni texnologiyaların tətbiqi zamanı nəzarət fəaliyyətinin səmərəliliyinin artırılması, təhlükə törədə biləcək halların qabaqcadan proqnozlaşdırılması, profilaktik tədbirlərin görülməsi istiqamətində ardıcıl işlər aparılır.

APA-nın məlumatına görə, bu istiqamətdə görülən işlərlə tanış olmaq, həmçinin yeni texnologiyaların iş fəaliyyətinin əyani nümayişi üçün elmi-tədqiqat institutuna və institutun xidmətedici istehsalat sahəsinə media nümayəndələri ilə birgə baxış keçirilib.

İlk olaraq Elmi-Tədqiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov çıxış edərək institutun fəaliyyəti barədə məlumat verib. Direktor bildirib ki, institutun fəaliyyətində əsas məqsəd dağ-mədən sənayesində təhlükəsizliyin təmin edilməsi və təhlükəsizliyə dair məlumatları toplayaraq onları analiz etməkdən ibarətdir.

Bundan sonra jurnalistlər Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Xidmətedici İstehsalat Sahəsində olub, burada aparılan işlərlə əyani şəkildə tanış olublar.

İnstitutun Xidmətedici İstehsalat Sahəsinin rəisi Mehman Eyvazov təhlükəli yüklərin daşınmasında təhlükəsizliliyin təmin olunması üçün texniki müayinə, yuma deqazasiya və digər istiqamətlərdə görülən işlərə kompleks nəzarətin hansı formada həyata kecirilməsi barədə məlumat verib.

Jurnalistlər texniki müayinə və yuma işlərinin aparılması qaydasını müşahidə ediblər.

Media-turun sonunda agentliyin və institutun fəaliyyətinə dair videoçarx nümayiş olunub və institutun direktoru tərəfindən jurnalistlərin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR