Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilib

Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilib
# 15 oktyabr 2021 20:17 (UTC +04:00)

Hava nəqliyyatı vasitəsilə daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti burnunla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.
Həmin ölkələr aşağıdakılardır:
Həmin ölkələr aşağıdakılardır:
- Argentina Respublikası;
- Avstraliya İttifaqı;
- Braziliya Federativ Respublikası;
- Bruney Darüssalam;
- Cənubi Koreya Respublikası;
-Çili Respublikası;
- Ekvador Respublikası;
- Kamboca Krallığı;
- Kosta Rika Respublikası;
- Kuba Respublikası;
- Küveyt Dövləti;
- Qazaxıstan Respublikası;
- Maldiv Respublikası;
- Meksika Birləşmiş Ştatları;
- Mərakeş Krallığı;
- Monqolustan;
- Monteneqro;
- Norveç Krallığı;
- Oman Sultanlığı;
- Panama Respublikası;
- Salvador;
- Uruqvay Şərq Respublikası;
- Yeni Zelandiya.
Bu ölkələrin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışı üçün tələblər aşağıdakılardır:
- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.
Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR