Daha çox qazi və şəhid ailəsi üzvünü işə götürənlər mükafatlandırılacaq

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev

© APA | Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev

# 10 iyun 2021 12:35 (UTC +04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq marafonu" çərçivəsində işəgötürənlərin tanıdılması və mükafatlandırılması ilə bağlı təklifləri olacaq".

APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, işəgötürənlərin həvəsləndirilməsi üçün onların mükafatlandırılması, cəmiyyətdə tanıdılması həyata keçiriləcək: “Növbəti dövrdə bu proqramı genişləndirəcəyik. Yəni, daha çox şəhid ailəsi üzvü və yaralı qazini işlə təmin edən işəgötürənlərin tanıdılması və mükafatlandırılması olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR