Daimi Nümayəndəlik Naxçıvanda toylarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib - VİDEO - YENİLƏNİB

Daimi Nümayəndəlik Naxçıvanda toylarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib - VİDEO  - YENİLƏNİB
# 28 iyun 2021 13:11 (UTC +04:00)

İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.

Bu barədə APA-ya Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyindən bildirilib.

"Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR