Daşkəsənə güclü qar yağıb - FOTO - VİDEO

Daşkəsən, qar

© APA | Daşkəsən, qar

# 25 noyabr 2021 11:00 (UTC +04:00)

Noyabrın 25-i gecə saatlarından başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.

APA-nın xəbərinə görə, hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 15-20 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 40-45 santimetrə çatıb.

Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün müvafiq xidmət strukturları səfərbər olunaraq mütəmadi təmizləmə işləri aparılır. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR