DƏMX: Hava şəraitinə görə işə fasilə verilməsi işçinin əmək haqqına təsir etməməlidir

DƏMX: Hava şəraitinə görə işə fasilə verilməsi işçinin əmək haqqına təsir etməməlidir
# 23 iyul 2021 12:05 (UTC +04:00)

Əmək Məcəlləsinin 233-cü maddəsində göstərilib ki, havanın temperaturu 41 dərəcədən artıq olduqda işəgötürən tərəfindən açıq hava şəraitində, eyni zamanda qapalı şəraitdə sərinləşdirici qurğular olmayan yerlərdə iş ya dayandırılmalıdır, yaxud da işçilərə müddətli fasilələr verilməlidir.

APA-nın məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov bildirib.

Onun sözlərinə görə, işəgötürən həmkarlar ittifaqlarının üzvüdürsə, bu fasilələri əvvəlcədən müəyyən edir və həmkarlar ittifaqı ilə razılaşdırır: "İşçilər də mütləq bununla tanış olur. Burada həm isti, həm də soyuq hava nəzərdə tutulur. Fasilələrin verilməsi, işin dayanma müddətləri razılaşma əsasında müəyyən olunur. İşə fasilə verilməsi işçinin əmək haqqına təsir etməməlidir. Vəzifə maaşına uyğun olaraq əmək haqqı ödənməlidir. İş dayandırılmalı olduqda isə orta aylıq əmək haqqının 2/3 hissəsindən az olmayaraq işçinin əmək haqqı ödənməlidir. Bu dayanmalar işçinin təqsiri səbəbindən olmayan dayanma kimi nəzərdə saxlanmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR