Dənizkənarı Bulvarda Zəfər Yarmarkası keçirilir - FOTO

Zəfər Yarmarkası

© APA | Zəfər Yarmarkası

# 29 oktyabr 2021 11:19 (UTC +04:00)

Bu gündən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan Zəfər Yarmarkası fəaliyyətə başlayır.

APA-nın məlumatına görə, yarmarka Bulvar ərazisində Kukla teatrının arxasında yerləşir.

"YAŞAT" Fondunun müdir müavini Rəbiyyə Cəfərova APA-ya bildirib ki, yarmarka 29 oktyabrdan 9 noyabra kimi davam edəcək. Onun sözlərinə görə, yarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün "YAŞAT" Fonduna ianə olunacaq:

"Yarmarka boyunca ASAN radio və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən hər axşam konsert tədbirləri təşkil olunacaq. Eyni zamanda, burada müxtəlif mövzularda sərgilər təşkil olunacaq. Müdafiə Nazirliyinin hərbi texnikaları, 44 günlük müharibədə istifadə olunan texnika və avadanlıqlar nümayiş olunacaq. Şirkətlər tərəfindən məhsullar satışa çıxarılacaq. Burada zəfər simvolikasına aid müxtəlif suvenir, qida məhsulları, kitablar və digər məhsullar olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR