Deputat 18 Oktyabrın da qeyri-iş günü olması təklifi ilə çıxış edib

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 29 oktyabr 2021 12:02 (UTC +04:00)

“Biz 28 May gününü qeyri-iş günü elan edirik, bu gün bizim üçün bir dəyərdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü olmalıdır. “18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün də qeyri-iş günü olması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməlidir. Qeyri-iş günü hesab olunmursa, bunun səbəbi izah edilməlidir”, - deyə deputat bildirib.

Deputatlar Əli Məsimli və Sabir Rüstəmxanlı da bu təklifi dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR