Deputat: “Əksəriyyət sığorta şirkətlərinə inanmır”

Razi Nurullayev, Milli Məclisin deputatı

© APA | Razi Nurullayev, Milli Məclisin deputatı

# 21 may 2021 13:27 (UTC +04:00)

“Ölkəmizdə ev yanır, uçur, avtomobil qəzaya düşür, obyekt yanır, yaxud uçub dağılır, o zaman hər kəs dövlətdən dəstək gözləyir. Niyə? Çünki, bizdə sığorta mədəniyyəti formalaşmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Sığorta fəaliyyəti haqqında” qanunun müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, dünyada bu kimi fəlakət və faciələri sığorta şirkətləri həll edir: “Bizdə niyə bu sistem uğurlu fəaliyyət göstərə bilmir? Ona görə ki, əksəriyyət sığorta şirkətlərinə inanmır. Səbəb də odur ki, sığorta şirkətləri, sığorta agentləri o hiylə qalmır əl atmasınlar, təki vəsait ödəməsinlər, yaxud cüzi ödəsinlər. Bu məsələdə əsaslı və kardinal dəyişiklik lazımdır ki, münasibətləri sivil formada həll edə bilək. Sığorta agentləri evə gəlir, telefonla təbliğat aparır, broşurlər hazırlayır, internet üzərində reklam qurur və müştəriləri cəlb edir. Az qalırlar ki, əllərini Qurana bassınlar ki, gecə-gündüz yatmayıb, ancaq fəlakətə düçar olan vətəndaşları düşünürlər. Vətəndaş fəlakətə düçar olanda isə yoxa çıxırlar, gecikirlər, pul ödəməmək üçün yüz bəhanə gətirirlər. Bezdirilər vətəndaşları, sığortalananlar pullarını aylarla ala bilmir. Sığorta sisteminin və bu sahədə fəaliyyət göstərənlərin daha da sivilləşməsinə və xalq arasında inam yaratmasına ehtiyac yaranıb. Əgər onlar dürüst və vicdanlı fəaliyyət göstərsələr, on milyonlarla, bəzən yüz milyonlarla vəsait əldə edə bilərlər. İnam olsa, hər bir vətəndaş əmlakını, avtomobilini, həyatını, hər şeyini sığorta edər. O inamı yaratmaq və dövlətin yükünü azaltmaq üçün bu sahəyə nəzarəti gücləndirmək mütləqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR