Deputat: “İkinci Qarabağ müharibəsi veteranlarının statusu hələ də müəyyənləşməyib”

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 11 noyabr 2021 16:06 (UTC +04:00)

“Prezident İlham Əliyevin 44 gündə gördüyü iş Azərbaycan boyda beş ölkədə görülən işlərə bərabərdir. Vətən müharibəsi veteranlarından bizə müraciətlər daxil olur. İkinci Qarabağ müharibəsi veteranlarının statusu hələ də müəyyənləşməyib. İkinci Qarabağ müharibəsinin veteranlarının məsələsinə diqqət ayrılmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

O, səfərbərlik və ya qismən səfərbərliklə cəbhəyə gedən Vətən müharibəsi iştirakçılarına da hansısa formada dəstək verilməsini xahiş edib.

Deputat “Abad həyət” layihələrinə də toxunub.

Bildirib ki, “Abad həyət” yaradılandan sonra ona diqqət göstərilmir.

M. İbrahimqızı qeyd edib ki, Yaşıllaşdırma Təsərrüfat Birliyi bu məsələyə biganə yanaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR