Deputat: “İnsanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir” - VİDEO - YENİLƏNİB

Deputat Razi Nurullayev

© APA | Deputat Razi Nurullayev

# 22 iyun 2021 12:02 (UTC +04:00)

“Əlilliyin müəyyənləşdirilməsi haqqında layihə xeyli təzadlı mövqeləri ortaya qoydu. Qanun layihəsinin bu sahədə vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də qanunun əleyhinə səs verəcəyəm”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu problemlərə yol açan ən ağrılı məsələ isə Nazirlər Kabinetinin qəbul etdiyi 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarıdır. Onun sözlərinə görə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilib və bir çox xəstəlik siyahıdan çıxarılıb: “Bu tip qərarları Nazirlər Kabineti təkbaşına qəbul etməməlidir. Bunu Milli Məclis müzakirə etməlidir. Ümumiyyətlə, insanların taleyini müəyyən edən məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli, qərarı da Parlament verməlidir. Çünki insanların qarşısına çıxan və ən qəddar suallara məruz qalan məhz deputatlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR