Deputat: “Müharibə veteranları üçün bütün xidmətlər icbari tibbi sığortada pulsuz xidmətlər zərfinə daxil edilməlidir”

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 12 noyabr 2021 13:13 (UTC +04:00)

“Bizə təqdim olunan hesabatlarda inflyasiyanın 4% olacağı göstərilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı deyib.

Deputat gələn il nəzərdə tutulan artımın qeyd olunan inflyasiyaya cavab verib-verməyəcəyinə aydınlıq gətirilməsini istəyib.

O, həmçinin təklif edib ki, məktəbəqədər təhsil Təhsil Nazirliyinin tabeliyinə verilsin: “Azərbaycanda yeni uşaq bağçalarının açılmasına ehtiyac var. Rayonlarda, Bakıda özəl bağçalar açılır, ancaq çoxu da bağlanır. Burada vergi çox yüksəkdir. Uşaq bağçaları və psixoloji uşaq mərkəzlərinə ehtiyac çoxdur. Mümkündür ki, uşaq psixoloji reabilitasiya mərkəzləri yaradılsın”.

Deputat qeyd edib ki, uşaq bağçalarında yoxlamalarla bağlı cərimələr həddindən artıq yüksəkdir: “Uşaq bağçalarında işləyən müəllimlər cəmi 200-250 manat maaş alır. Bu cərimələr təyin olunanda maaş da nəzərə alsın”.

M. İbrahimqızı təklif edib ki, müharibə veteranlarının istifadə edəcəyi bütün xidmətlər icbari tibbi sığortada pulsuz xidmətlər zərfinə daxil edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR