Deputat müharibə veteranlarına verilən aylıq müavinətin 130 manata qaldırılmasını təklif edib

Deputat müharibə veteranlarına verilən aylıq müavinətin 130 manata qaldırılmasını təklif edib
# 11 noyabr 2021 15:13 (UTC +04:00)

“Son 20 ildə Azərbaycanın dövlət büdcəsi ilbəil artır. Heç vaxt büdcədə kəsir yaranmayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat müharibə veteranlarına verilən aylıq müavinətin artırılmasını təklif edib: “Müharibə veteranlarına verilən pul bir aylıq xərcləri ödəmir. Çünki bu müavinət təyin olunandan sonra ərzağın da, suyun da, işığın da qiyməti qalxıb. Mümkünsə bu vəsaitin heç olmasa 130 manata çatdırılmasını təmin edək”.

Qeyd edək ki, hazırda bu məbləğ 80 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR