Deputatlar AzTV-də qanunları izah edəcək

Milli Məclis

© APA | Milli Məclis

# 17 noyabr 2021 16:09 (UTC +04:00)

“Bələdiyyələrin statusu artırılmalıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bələdiyyələrin maliyyə resursları çox məhduddur: “Dünyanın bir çox ölkələrində bələdiyyələr mənzil tikintisinə icazə verir. Yavaş-yavaş icra hakimiyyətlərindən səlahiyyətlər alınıb bələdiyyələrə verilməlidir. Bu qədər mərkəzləşməyə ehtiyac yoxdur”.
Deputat bildirib ki, insanlar çox vaxt qanunları, hüquqlarını bilmir.
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu gün Azərbaycan Dövlət Televiziyasında proqramları işıq üzü görür: “Proqramda qanunlara izahat verilməsi ilə bağlı bir rubrika nəzərdə tutulur. Bizim həmkarlarımız bu rubrikada çıxış edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR