Dərslərarası fasilələrə dair 10 dəqiqə məhdudiyyəti aradan qaldırılır

Dərslərarası fasilələrə dair 10 dəqiqə məhdudiyyəti aradan qaldırılır
# 22 sentyabr 2021 11:26 (UTC +04:00)

Dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblər dəyişib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, dərslərarası (məşğələlərarası) fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılacaq.

İndiyə qədər dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilmişdi. Fasilələrdə təhsil alanların imkan daxilində təmiz havada olması təmin edilirdi.

Başqa sözlə, dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilən tələb aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR