Azərbaycanın diaspor nümayəndələrinin Şuşaya səfəri başlayıb - YENİLƏNİB - FOTO - VİDEO

Diaspor nümayəndələri Şuşada

© APA | Diaspor nümayəndələri Şuşada

# 27 iyul 2021 15:09 (UTC +04:00)

Azərbaycanda diaspor nümayəndələrinin Şuşaya səfəri başlayıb.

APA-nın xəbərinə görə, səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Səfərdə 24 ölkədən 72 nəfər iştirak edir.

Səfərdə iştirak edən və Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

***

10.59

Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya səfərlərini təşkil edib. Qeyd olunub ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcələr.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR