DİM: 1 nəfərdə telefon aşkarlandığı üçün imtahandan xaric edilib

DİM: 1 nəfərdə telefon aşkarlandığı üçün imtahandan xaric edilib
# 20 may 2021 14:27 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Qeyd olunub ki, imtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR