DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib
# 30 avqust 2021 11:01 (UTC +04:00)

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

DİM-dən APA-ya bildirilib ki, I qrup üzrə 15052, II qrup üzrə 8079, III qrup üzrə 16567, IV qrup üzrə 3824 abituriyent olmaqla ümumilikdə 43522 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. I və V ixtisas qrupları üzrə isə 5537 abituriyent qabiliyyət imtahanlarından məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 19339 subbakalavr ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

30 avqust saat 10:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 58207 elektron ərizə təsdiq edilib.

2431 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR