Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
DİM: Ali məktəblərə qəbul olunanlar sentyabrın 7-dən 20-dək qeydiyyatdan keçməlidirlər
© APA | Dövlət İmtahan Mərkəzi
05 sentyabr 2021 17:54 (UTC +04:00)
Sosial
Zelenski əlavə HHM sistemlərinin tapılmasında Danimarkadan kömək gözləyir
02:45
24 aprel 2024
"Uklon" taksi xidməti Azərbaycanda fəaliyyətini dayandırır
22:44
23 aprel 2024
Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO
20:35
23 aprel 2024
Xankəndidə doğulan ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
19:35
23 aprel 2024