DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 23 iyun 2021 15:03 (UTC +04:00)

Təhlil göstərir ki, 2020-ci il üçün ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib. Məlumata görə, ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissələri ərizələrin müvafiq ixtisas qruplarına düşən hissələrindən böyük, I və V ixtisas qruplarında, əksinə, kiçik, III ixtisas qrupunda isə demək olar ki, eynidir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə, hazırlıq səviyyəsi o qədər də yüksək olmayanlar ali təhsil almaq imkanı əldə ediblər.

Qeyd edilib ki, bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR