DİM kolleclərə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib

DİM kolleclərə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib
# 01 sentyabr 2021 12:26 (UTC +04:00)

"Abituriyent" jurnalının 5-ci nömrəsi nəşr edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, “Abituriyent” jurnalının 5-ci sayında 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 2021-ci il sentyabrın 6-dan 10‑dək in­ter­net vasitəsilə aparılacaq.

DİM, həmçinin tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını da ayrıca kitabça şəklində nəşr edib.

Mərkəzə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırma­malıdırlar.

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR