DİM sədri: "Buraxılış imtahanlarının nəticələri keçən ilki səviyyədədir"

DİM sədri: "Buraxılış imtahanlarının nəticələri keçən ilki səviyyədədir"

© APA | Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 17 iyul 2021 18:04 (UTC +04:00)

"Artıq III və II qrup üzrə qəbul imtahanları keçirilib. İyulun 27-28-də I və IV qrup üzrə də qəbul imtahanları keçiriləcək. Nəticələri isə imtahan keçiriləndən 15 gün sonra elan edəcəyik".

Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, təşkilati nöqteyi-nəzərdən qarşıya qoyulan məqsədlərə çatıblar: “Yalnız buraxılış imtahanlarının ilkin nəticələrini aparmışıq. İlkin təhlil göstərir ki, nəticələr keçən ilki səviyyədədir. O qədər gözəçarpan olmasa da, ümumən müsbət tendensiyalar var. Növbəti mərhələ üçün nəticələr necə olacaq, bunu deyə bilmərəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR