DİM sədri: "Subbakalavrlar boş qalan yerlərə ixtisas seçimi edirlər"

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

© APA | DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə

# 25 avqust 2021 15:06 (UTC +04:00)

“2019-cu ildə ixtisas seçimində iştirak edən 11 500 subbakalavr var idi”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib.

O bildirib ki, ötən il bu say 13 798 nəfər çatıb: “Bir ildə bu say 2000 nəfərdən çox artıb. Subbakalavrlara müsabiqədə iştirak şərtini tələb edən bal verilir. Onlar boş qalan yerlərə ixtisas seçimi edirlər”.

M. Abbaszadə qeyd edib ki, subbakalavrlar heç bir abituriyent üçün rəqib deyil, çünki onlar boş qalan yerlərə yerləşdirilirlər: “Ötən 5179 subbakalavr ali məktəbə qəbul olub. Onlardan 788-i dövlət sifarişli yerlərə qəbul olunub. Demək, onların nəinki ali təhsil müəssisələrinə, həmçinin dövlət sifarişli yerlərə qəbul olma şansları var. Subbakalavrların əksəriyyəti I və II qrupa qəbul olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR