DİN: Bakıda bir qrup şəxsin aksiya cəhdinin qarşısı alınıb

DİN: Bakıda bir qrup şəxsin aksiya cəhdinin qarşısı alınıb
# 01 dekabr 2021 17:12 (UTC +04:00)

Bu gün saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb: "Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar.
Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR