DİN Goranboyda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb

DİN Goranboyda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb
# 19 avqust 2021 15:22 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Gornaboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, avqustun 18-də saat 18 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Yevlax rayon sakini E.Əsgərov idarə etdiyi “Ford Transit” markalı avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 4 nəfəri aldığı xəsarətlərdən hadisə yerində ölüb, bir sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR