DİN: Məktəbyaşlıların narkomaniyaya cəlb olunması ilə bağlı statistika anonim saxlanılır

DİN: Məktəbyaşlıların narkomaniyaya cəlb olunması ilə bağlı statistika anonim saxlanılır
# 25 noyabr 2021 16:17 (UTC +04:00)

"Azərbaycanda məktəbyaşlıların narkomaniyaya cəlb olunması ilə bağlı statistika anonim saxlanılır. Lakin əminliklə deyirəm ki, ölkədə narkomaniyaya cəlb olunan və buna təhrik edilən azyaşlıların sayı ilə bağlı rəqəmlər qorxulu deyil".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru polis polkovnik leytenantı Kəmalə Ələkbərova bildirib.

K. Ələkbərova deryib ki, ümumilikdə məktəblilər üçün zərərli vərdişlərdən istifadə ilə bağlı riskli müddət 14 yaşdan başlayır.

Məktəblilərin daha çox kimlər tərəfindən zərərli vərdişlərə təhrik olunması məsələsinə gəldikdə isə K. Ələkbərovanın sözlərinə görə, burada bir çox amillər var: "Başlıca səbəblərdən biri sosial şəbəkələrdir. Son zamanlar sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı hallarına rast gəlinir. İşbazların azyaşlılar bu işə sövq etməsi daxili işlər orqanlarını narahat edir. Aidiyyəti dövlət orqanları bununla bağlı ciddi mübarizə aparır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR