DİN: Toylarda karantin qaydalarını pozan 1 nəfərə cinyət işi açılıb, 89 nəfər cərimələnib

DİN: Toylarda karantin qaydalarını pozan 1 nəfərə cinyət işi açılıb, 89 nəfər cərimələnib

© APA | Daxili İşlər Nazirliyi

# 25 iyul 2021 11:15 (UTC +04:00)

İyulun 24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən APA-ya verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;
-1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;
- 1562 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR