Direktor müavini vəzifəsinə işə qəbul üzrə qeydiyyatdan keçən namizədlərin sayı açıqlanıb - FOTOLENT

Direktor müavini vəzifəsinə imtahan

© APA | Direktor müavini vəzifəsinə imtahan

# 24 iyun 2021 09:47 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqə çərçivəsində imtahan mərkəzinə mediatur təşkil edilib.

APA-nın məlumatına görə, BŞTİ-nin müdiri Mehriban Vəliyeva imtahanların gedişi prosesi ilə tanış olub.

M.Vəliyeva təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul olmaq istəyən 1 146 namizədin http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçdiyini bildirib. Müsabiqə üç mərhələlidir. İdarə müdiri qeydiyyatdan keçmiş şəxslərin elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra 779 namizədin müsabiqənin test imtahanı mərhələsinə buraxıldığını bildirib.

Qeyd edək ki, iyunun 24-də ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Test imtahanında 563 nəfər iştirak etmək hüququ qazanıb. İmtahanların şəffaf keçirilməsi üçün əlimizdən gələni etmişik. Direktor müavini vəzifəsinə 60 vakant yer var.

Müsabiqəyə qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə ərzində cavablandırıblar.

İyunun 25-də keçiriləcək uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul imtahanında isə 216 nəfərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR