DOST övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 21 sentyabr 2021 13:40 (UTC +04:00)

Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin vəzifələri sırasından çıxarılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Agentlik övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR