Dövlət Gömrük Komitəsinin 30 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək

Dövlət Gömrük Komitəsi

© APA | Dövlət Gömrük Komitəsi

# 29 oktyabr 2021 13:08 (UTC +04:00)

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı təsis ediləcək.
APA-nın məlumatına görə, bu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR