Dövlət Komissiyasında 3890, BQXK-da 3807 Azərbaycan vətəndaşı itkin və girov kimi qeydiyyatdadır

İsmayıl Axundov

© APA | İsmayıl Axundov

# 30 avqust 2021 15:21 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsi dövründə ümumilikdə 52 ailənin 3 üzvündən 7 üzvünədək girov götürülüb və itkin düşmüş şəxs kimi Dövlət komissiyasında qeydiyyata alınıb”.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

İ. Axundov bildirib ki, bu ailələrin əksəriyyətinin girov götürülməsi ilə bağlı təkzibedilməz faktlar mövcuddur: “Azərbaycan beynəlxalq humanitar hüquqla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində işləyib. İtkin düşmüş şəxslərlə bağlı 2005-ci ildə Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsində olan siyahılar arasında fərqin aradan qaldırılması sahəsində ciddi araşdırmalar aparılıb. Həmin dövrdə siyahılar arasındakı fərq yüzlərlə ölçülürdü. Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3890, Beynəlxalq Qırmızı Xaç komitəsində isə 3807 nəfər Azərbaycan vətəndaşı itkin və girov götürülmüş şəxs kimi qeydiyyatdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR